ÇL matçı zamanı stadionun yaxınlığında raketlər uçdu

2 Oktyabr 2024 16:56

Asiya Çempionlar Liqasının "Sepahan" (İran) - "İstiklol" (Tacikistan) oyunu zamanı qəribə anlar yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandaları arasında keçirilən matçda İranın İsrailə atdığı raketlər stadionun yaxınlığından keçib.

Stadiondakı azarkeşlər raketin buraxılışını lentə almağa başlayıblar və oyuna əhəmiyyət verməyiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun