Yaxın Şərqdə müharibə bu halda bitəcək... - Xamenei

2 Oktyabr 2024 16:05

Yaxın Şərqdə hərbi münaqişələr ABŞ və Avropa ölkələrinin bölgəni tərk etməsi ilə bitəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İranın dini lideri Əli Xamenei deyib.

"Əgər ABŞ və Avropa regiondan çıxsa, o zaman, şübhəsiz ki, münaqişələr, müharibələr, toqquşmalar tamamilə dayanacaq. Regionun bütün ölkələri özləri öz ərazilərində və regionda asayişi bərpa edə, sülh, sağlamlıq və firavanlıq içində birlikdə yaşaya bilərlər", - Xamenei bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun