Pezeşkiandan İsrailə xəbərdarlıq: Növbəti cavab daha sərt olacaq

2 Oktyabr 2024 15:52

İran Prezidenti Məsud Pezeşkian İsrailə xəbərdarlıq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, o bildirib ki, növbəti cavab daha sərt ola bilər:

"İsrail rejimi yenidən səhv etsə, növbəti cavab daha sarsıdıcı olacaq".

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun