Rusiya XİN: Qarabağda baş konsulluğun açılması...

2 Oktyabr 2024 14:50

Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib.

Azərbaycana, o cümlədən Azərbaycanın Qarabağ regionunda yeni baş konsulluqların açılması ehtimalı ilə bağlı sualı cavablandıran Klimov qeyd edib ki, hazırda bu məsələ ilə bağlı siyasi səviyyədə işlənilir.

"Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca XİN-in konsulluq departamenti də onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq", - deyə rusiyalı diplomat vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun