Metroda 2 nəfəri döyüb QAÇDI

2 Oktyabr 2024 14:29

"Bakı Metropoliteni"nin "Nizami" stansiyasında insident baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs xuliqanlıq zəminində 30 və 14 yaşlı iki nəfəri döyərək ərazidən uzaqlaşıb.

Metropolitendə Polis İdarəsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli  bilinən 27 yaşlı Q.Sadıqov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun