"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim"

2 Oktyabr 2024 15:04

"Pis günümdə özümü yaxşı göstərə bilməzdim. Çünki atam kimi təbii, səmimi, real bir insanam. Pandemiyada çox geri düşdüm, çox şeyimi itirdim, demək olar ki, müflis oldum. Ötən aya qədər çox əziyyət çəkdim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzova sosial şəbəkədə yazıb. O, biznesinin batmasından, borclarından danışıb:

"Çox əziyyət çəkdim, hamı deyirdi Allahın sınağıdır. Gücüm, taqetim qalmamışdı. Tək qalmışdım, bütün ailənin yükü üzərimdə idi. Ağlınıza gəlməyəcək qədər borclandım. Sentyabrda bir möcüzə baş verdi. Mənə İrandan təklif gəldi və adıma aid olan salon brendimi satın almaq istədi. Salonumun şəbəkələrini açmaq istədilər. Məbləği yazmayacağam, amma razılaşdım. 6 ay boyunca hər ay bu məbləğ mənə gələcək. Bununla bütün borclarımı bağlayacağam. Əvvəlki həyatıma daha güclü formada qayıdacağam. Hər ay bütün xəyallarımı gerçəkləşdirəcəyəm. 

İnanıram ki, atam məni görür. Atamın maşınını belə satıb borca vermişdim. təkcə maşının nömrəsi qalmışdı, onu ölsəm də satmaram. Həmin avtomobili atama mən hədiyyə etmişdim.

Çalışın düşməyin. Mənim kimi saf olub pullarınızı dağıtmayın. Əlinizdəki pulları qoruyun ki, mənim başıma gələnlər sizin başınıza gəlməsin. Çünki pulun varsa, şöhrətin var. Hamı başına dolanır, düşəndə isə batırsan.

Əlvida pis günlər, xoş gəldin yaxşı həyat. Müqavilə işləri bitəndən sonra bu maşınla bütün ailə üzvlərimiz atamı ziyarətə gedəcəyik".

Qeyd edək ki, Ramiz Novruz 2022-ci ildə uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun