Puqaçova əri ilə İsraildən getdi

2 Oktyabr 2024 13:06

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin İsraili tərk edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "SHOT" məlumat yayıb. 

Nəşrin məlumatına görə, Qalkin İsraillə Livan arasındakı müharibə fonunda Puqaçova ilə birlikdə onun qızı Rusiyanın Əməkdar artisti Kristina Orbakayteni ziyarət etmək üçün ABŞ-yə gedəcək. Qalkin İsraildəki bütün tamaşalarını qastrol planından çıxarıb. O, bu həftə ərzində həyat yoldaşı ilə birlikdə Avropaya, oradan da ABŞ-yə  uçacaq.

Nəşr əlavə edib ki, Anatoli Beli və Mixail Şats (Rusiyada "xarici agent" kimi tanınırlar) kimi sənətçilər də İsraili tərk edirlər. 

Qeyd edək ki, oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri Livanda quru əməliyyatına başladığını elan edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun