İranda bütün uçuşlar ləğv edildi

2 Oktyabr 2024 11:46

Yaxın Şərqdə hazırkı gərgin vəziyyətə görə İranda bütün aviareyslər ləğv edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cafar Yazerlu açıqlayıb.

"Uçuşların təhlükəsizliyini təmin etmək üçün İranda oktyabrın 3-ü səhər 05:00-a qədər bütün reyslər ləğv edilib", - deyə Yazerlu bildirib. 

Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İsrail Müdafiə ordusu İrandan ölkə ərazisinə təqribən 180 raket atıldığını bəyan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun