"Real"ın La Liqada "Atletiko" ilə 1:1 bərabərə qaldığı matçda baş məşqçi Karlo Ançelottinin oyunçu dəyişilikləri ilə bağlı tənqidlər davam edir.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Ançelotti matçın son hissəsində hesab üstünlüyünü qorumaq üçün Lukas Vaskes, Fran Qarsiya və Endriki meydana buraxsa da, komandasının xal itkisinin qarşısını ala bilməyib. İspan mətbuatında Arda Güler kimi topa nəzarət edib saxlama bacarığı olan futbolçunun yerinə Endrikin oyuna girməsi tənqid olunub. İddia edilir ki, Eder Militao, Vinisius Junior və Rodriqonun da olduğu braziliyalı futbolçular Endrikin oynaması üçün çalışırlar. Onlar Ardanın əvəzinə öz yerliləri olan Endrikin meydanda olması üçün səylər göstərirlər. İddialara görə, Arda Güler "Real"dan ayrılmağı nəzərdən keçirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun