16:21
TƏBİB dərmandan şoka düşərək ölən Şəmkir sakini barədə məlumat yayıb.
Milli.Az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, sentyabrın 30-u, saat 20:30 radələrində 1984-cü il təvəllüdlü kişi halsızlıq, yüksək hərarət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri reanimasion tədbirlərin göstərilməsinə baxmayaraq saat 21:50-də ölüm faktı qeydə alınıb.
-----------
10:33
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 30-u saat 21 radələrində Şəmkir şəhər sakini, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev xəstəlik səbəbindən xəstəxanaya müraciət edib. Bir qədər sonra o, qəbul etdiyi dərmandan şoka düşərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun