Avtovağzalın qarşısında DAVA - Tutulan var

2 Oktyabr 2024 09:42

Dünən səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalının qarşısında bıçaqlanma olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 06:45 radələrində avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu avtovağzal kompleksinin yaxınlığında "Mercedes-Benz" markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlu ilə mübahisə edib.

Yol hərəkəti qaydaları ilə bağlı yaranmış mübahisə zamanı E.Bayramov əlindəki kəsici alətlə minik maşınının sürücüsünün qarın nahiyəsinə vurub. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.

E.Bayramov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun