Hindistanda özəl helikopter qəzaya uğradı - ölənlər var

2 Oktyabr 2024 09:41

Hindistanın Mumbay şəhərindən uçan şəxsi helikopter ölkənin qərbində Pune şəhəri yaxınlığında qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Hindistan Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

"Heritage Aviation" şirkətinin Vt-EVV qeydiyyat nömrəsi olan "Agusta 109" helikopteri qəzaya uğrayıb. Hava gəmisində iki pilot və bir texnik olub. Sərnişinlər olmayıb", - İdarədən bildirilib.

Helikopterdəkilərin hamısı həlak olub.

Hadisənin başvermə şəraiti araşdırılır. İlkin məlumata görə, qəzaya qatı duman səbəb olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun