İranın İsrailə hücumu belə başlayıbmış... - FOTO

2 Oktyabr 2024 09:50

Xəbər verdiyimiz kimi, İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İsrail, İraq, İordaniya və Livan hava məkanını bağlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İsrail Baş Nazirinin ofisinin müşaviri Dmitri Gendelman İsrailə 180-ə yaxın raket atıldığını və onların əksəriyyətinin dəf edildiyini bildirib.

İran mətbuatında İsrailə raket hücumunun ilk görüntüləri yayılıb. Həmçinin uzaq mənzilli "Emad" raketindən istifadə olunduğu qeyd edilib.

İranın İsrailə ilk raket hücumunun fotolarını təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun