Bir çox avtomobil sahibləri hesab edirlər ki, maşını qışda qarajda saxlamaq onu pis havadan və aşağı temperaturdan qorumağın ən yaxşı yoludur. Lakin bu yanaşma gözlənilməz nəticələrə gətirib çıxara bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı avtoekspert Dmitri Popov xəbərdarlıq edib.
Onun sözlərinə görə, qışda maşını qarajda saxlamağın əsas təhlükəsi korroziya proseslərinin sürətlənməsidir.
"Bunun səbəbi avtomobilin şaxtadan isti qaraja daxil olanda (və ya əksinə) yaranan kəskin temperatur dəyişiklikləridir. Əgər sürücü maşından aktiv istifadə edirsə, qışda gecə üçün qaraja qoymaması tövsiyə olunur. Avtomobili şaxtada saxlamaq daha yaxşıdır, çünki mənfi temperaturlarda kimyəvi proseslər daha ləng gedir", - deyə ekspert qeyd edib.
Popov, həmçinin mövsüm dəyişəndə avtomobilin lak-boya örtüyünə qoruyucu mum çəkməyi məsləhət görüb.
"Bu, istismarı bir qədər bahalı etsə də, mum kuzanı təkərlərin altından çıxan və lak-boya örtüyünü dağıdan duzdan, qum dənələrindən qoruyacaq", - deyə o, sözlərini yekunlaşdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun