İsrail İrana xəbərdarlıq edibmiş: Hücumun cavabı bu olacaq

2 Oktyabr 2024 09:29

İsrail bundan öncə İran tərəfindən hücum olacağı təqdirdə, bu ölkə ərazisindəki nüvə obyektlərinə zərbə endirəcəyi barədə xəbərdarlıq edibmiş.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

Bildirilib ki, İran sentyabrın 30-da ərəb ölkələrinin rəsmilərinə İsrailə qarşı miqyası təxminən aprel hücumuna bərabər olacaq hücum planlaşdırdığını bildirib. Buna cavab olaraq İsrail İrana açıq şəkildə söyləyib ki, miqyasından və itkilərin olub-olmamasından asılı olmayaraq, öz ərazisinə edilən istənilən hücuma cavab verəcək. Qeyd olunur ki, İsrail İranın neft sənayesi və nüvə infrastrukturunu vurmağa hazır olduğunu birbaşa bəyan edib.

Xatırladaq ki, oktyabrın 1-də axşam saatlarında İran İsrail ərazisinə genişmiqyaslı hücum həyata keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun