Şahzadə Uilyamdan Devid Bekhemə təşəkkür - FOTO

2 Oktyabr 2024 08:20

Uels şahzadəsi Uilyam və İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem Londonda iki yeni hava təcili yardım helikopterinin fəaliyyətə başlanması tədbirində bir araya gəliblər.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, helikopterlərin alınması üçün keçirilən xeyriyyə tədbirində 15 milyon funt-sterlinq vəsait toplanıb və məbləğin böyük qismi Bekhem tərəfindən ianə edilib.

Qeyd olunub ki, Şahzadə futbol ulduzunu dəstəyə görə təşəkkür etmək üçün nümayişə dəvət edib.

Devid Bekhem tədbirdə çıxış edərək bu kampaniyada iştirak etməyin onun üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu gün Londonda hava təcili yardım xidmətləri üçün təşkil edilən ianə kampaniyasının uğurunu qeyd etmək üçün buradayıq. Şahzadə Uilyamın məni bu kampaniyaya dəvət etməsi mənim üçün böyük fəxr idi".

Bekhem və Uilyam helikopterə ürək sözlərini qeyd ediblər. Şahzadə "Xoş uçuşlar!", Bekhem isə "Təşəkkürlər. Sağ-salamat uçun, sevgilərlə Devid Bekham" yazıb.

Hər ikisi ekipaj üzvləri ilə fotolar da çəkdiriblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun