Bakıda F10 işıqfora çırpıldı - Xəsarət alan var - FOTOlar

2 Oktyabr 2024 07:10

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

Belə ki, Nəriman Məmmədov idarə etdiyi "BMW" markalı maşınla yüksək sürətlə hərəkətdə olarkən əvvəlcə işıqfora çırpılıb.

Daha sonra avtomobil yolun əks tərəfinə keçərək betona çırpılıb.

Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun