Rusiya XİN Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanat yayıb

2 Oktyabr 2024 01:15

Yaxın Şərqdəki vəziyyət Bayden administrasiyasının uğursuzluğudur.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Yaxın Şərqdəki vəziyyət Bayden administrasiyasının uğursuzluğudur. Ağ Evin qeyri-müəyyən bəyanatları böhranların həllində tam acizliyini nümayiş etdirir. Blinkenin səyləri on minlərlə insan itkisinə və çıxılmaz vəziyyətə gətirib çıxarıb", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, dünən İran tərəfi İsrail ərazisinə onlarla raket buraxıb. Raket hücumunun nəticələri barədə hələki rəsmi məlumat yoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun