BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclas keçirəcək

2 Oktyabr 2024 06:57

BMT Təhlükəsizlik Şurası oktyabrın 2-də Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsveçrənin BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

Məlumata əsasən, ilk öncə məsələ ilə bağlı açıq iclas, daha sonra isə qapalı iclas keçiriləcək.

Qeyd edək ki, dünən İran tərəfi İsrail ərazisinə onlarla raket buraxıb. Raket hücumunun nəticələri barədə hələki rəsmi məlumat yoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun