İranın hücumunun ağır nəticələri olacaq – ABŞ hədələdi

2 Oktyabr 2024 00:07

Hazırda İranın hücumuna necə cavab veriləcəyi barədə danışmaq tezdir. Ancaq bu hücum ağır nəticələrə səbəb olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin rəhbərinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

"Amerika bununla bağlı İsraillə danışıqlar aparacaq və koordinasiya edəcək", - o bildirib.

Qeyd edək ki, bu gün axşam saatlarında İran öz ərazisindən İsrailə kütləvi raket hücumu həyata keçirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun