Sədəf Avcının yeni layihəsi

1 Oktyabr 2024 23:15

Türkiyəli aktrisa Sədəf Avcının yeni layihəsi bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Kuşatma" serialında rol alacaq. O, layihədə "Pınar" obrazına həyat verəcək.

Qeyd edək ki, baş rollarını Engin Akyürəklə Aslı Ənvərin paylaşdığı ekran işi "Netflix" platformasında yayımlanacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun