"0 888 888 888" ləğv edildi
26 May 2010 18:31
Bolqarıstanda son 10 ildə "0 888 888 888" telefon nömrəsinin bütün istifadəçilərinin müxtəlif səbəblərdən vaxtsız vəfat etdiyi və yaxud qətlə yetirildiyi məlum olub. "Daily Mail"in məlumatına görə, "0 888 888 888" nömrəsinin ilk istifadəçisi bolqar mobil telefon şirkəti "Mobitel"in keçmiş rəhbərlərindən olan Vladimir Qraşnov olub. O, 2001-ci ildə xərçəng xəstəliyi nəticəsində 48 yaşında dünyasını dəyişib.
Daha sonra nömrəni mafiya başçısı Konstantin Dimitrov əldə edib. Dimitrov da 2003-cü ildə 31 yaşında olarkən Hollandiyada qətlə yetirilib.
Son olaraq isə lənətli telefon nömrəsindən iş adamı Konstantin Dişliyev istifadə etməyə başlayıb. Dişliyev də 2005-ci ildə Sofiyada restoranlardan birinin qarşısında sui-qəsdə qurban gedib.
Bütün bu olanlardan sonra təşvişə düşən operator şirkət nömrəni ləğv etmək barədə qərar verib.
/ANSPRESS/