İran yenə vəd verdi: Yaxın gələcəkdə...

1 Oktyabr 2024 18:28

Bizim ən böyük qayğımız sizlərsiniz və müsəlman İran Livan və Qəzzanın qəhrəman xalqının yanında olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri SEPAH komandiri Hüseyn Salami Məşhəddə müalicə olunan yaralı Hizbullah üzvləri ilə görüşündə deyib.

"Yaxın gələcəkdə dünyanın azadlıqsevər xalqları qələbəni dadacaqlar", - Salami bildirib.

Qeyd edək ki, Hüseyn Salami iki gün əvvəl İsrailin Livana quru hücumu etməyə cəsarət edə bilməyəcəyini demişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun