"Yalı çapkını"nın aktrisası daha bir serialda - FOTO

2 Oktyabr 2024 00:55

Türkiyəli aktrisa Öznur Serçeler daha bir seriala çəkilməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Antrenör" serialı üçün kamera qarşısına keçəcək. O, "Gülse" obrazı ilə ekranda görünəcək.

Bundan başqa, layihədə Güven Murat Akpınar "Antrenör", Ferit Aktuğ "Selim",  Selda Özbek "Şükran", Gülhan Tekin "Neriman", Bedir Bedir "Osman" ve Ozan Yiğit "Bülent" obrazlarına həyat verəcək.

Qeyd edək ki, Öznur son olaraq "Yalı çapkını" serialında rol alıb. O, "Holdinq" serialı ilə də müqavilə bağlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun