Hizbullah elan etdi: MOSSAD qərargahı vuruldu

1 Oktyabr 2024 16:10

Hizbullah hərəkatı Təl-Əvivdəki MOSSAD qərargahına zərbə endirdiyini bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə görüntülər Teleqram kanallarında yayılıb.

İddiaya görə, hərakat Təl-Əvivdə Glilot kəşfiyyat bazasını "Fadi-4" raketi ilə hədəfə alıb.

Qeyd edək ki, "Tayms of İsrail" Hizbullahın Təl-Əvivə atdığı raketlərdən birinin Kafr Qasim yaxınlığındakı Route 6 magistralına düşdüyünü açıqlamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun