Üç müavinini istefaya göndərmək istəyir

1 Oktyabr 2024 19:38

Ukraynanın müdafiə naziri Rustem Umerov üç müavininin istefaya göndərilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidməti öz teleqram kanalında açıqlayıb.

Bildirilir ki, söhbət Stanislav Qayder, Aleksandr Sergey və Yuriy Ciqardan gedir. 

Umerov bununla yanaşı, Müdafiə Nazirliyinin dövlət katibi Lyudmila Daraqanın da vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müraciət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun