"Sözüm sevgilisinə, arvadına maşın alanlaradır" - VİDEO

1 Oktyabr 2024 15:56

Müğənni Xatirə İslam avtomobil idarə edənlərdən şikayətlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir çoxlarının sürücülük qabiliyyəti olmadığını deyib:

"Sözüm avtomobil idarə edə bilməyib yola çıxanlaradır: fərqi yoxdur, qadın və ya kişi. Bəzilərinə maşın alıb hədiyyə edirlər. Həyat yoldaşına, sevgilisinə, balasına, dostuna maşın alanlar: avtomobil idarə edə bilməyənlərə maşın alıb verib, camaatın maşınını vurdurmayın. Küçədə olanların 30-40 faizi maşın sürə bilmir. Çıxıb küçəyə kimə gəldi vururlar. Yalandan sürücülük vəsiqəsi almaqla deyil".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun