Azərbaycan Rusiyaya yeni səfir təyin etdi

1 Oktyabr 2024 14:44

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Digər sərəncamla isə R.Mustafayev Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb.

Milli.Az