Göygöldə avtomobil piyadaları vurdu - ölən var

1 Oktyabr 2024 14:34

Göygöldə avtomobil piyadaları vurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə şəhərin A.Kazımov küçəsində yerləşən restoranın qarşısında baş verib. Məntiq İlyas oğlu Mehdiyev idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadalar - Mətanət Arif qızı Əliyeva və Maral İsmayıl qızı Nəcəfovanı vurub.

Nəticədə hər iki piyada xəsarət alıb, Maral Nəcəfova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun