Səfərdə məqsəd ABŞ-ın Andlılar Məhkəməsinin iş prosesi, təqsirləndirilənlərin cinayət işinə baxılması prosedurası ilə tanış olmaqdır. Bir həftə davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Nyu-Orlean şəhərində ABŞ-ın Dairə Məhkəməsində olacaq. Nümayəndə heyəti Nyu-Orlean ştat həbsxanasına baş çəkəcək, Federal Məhkəmədə ştatın Baş Prokuroru və Federal İstintaq Bürosunda görüşlər keçirəcək, Federal Məhkəmədə hazırlıq iclaslarını müşahidə edəcək, Luiziana Ali Məhkəməsinə və Tulan hüquq fakültəsinə baş çəkəcək, ştat Cinayət Məhkəməsində olacaqlar.
Nümayəndə heyətinin ABŞ Ədliyyə Departamentində, Ali Məhkəmədə və Senatda görüşləri planlaşdırılır.
Səfər ABŞ Ədliyyə Departamenti tərəfindən maliyyələşdirilir.