Asan və şəkərsiz şokoladlı donuts resepti

1 Oktyabr 2024 13:55

Uşaqların ən çox sevdiyi şirniyyatlardan biri də məhz donutslardır. Çox vaxt alınsa da, əslində onları evdə hazırlamaq çox asandır. Həm də daha sağlıqlıdır. 

Milli.Az lent.az-a istinadən dadlı donuts reseptini təqdim edir: 

Lazım olan ərzaqlar: 

Banan - 2 ədəd;

Yumurta - 2 ədəd;

Kakao - 1 yemək qaşığı;

Qabartma tozu - 1/2 çay qaşığı;

Yulaf əzməsi - 80 qram.

Hazırlanması:

Əvvəlcə yumurta və bananı doğrayın və blenderlə qarışdırın. Ardınca digər maddələri əlavə edin və proseduru təkrarlayın.

Xəmiri qəlibə yerləşdirin və 180 dərəcədə 35-40 dəqiqə sobaya qoyun. Zövqə uyğun olaraq hazır donutların üzərinə şokolad və ya qatılaşdırılmış süd əlavə edin.

Nuş olsun!