Minasyan vəzifəsindən azad edildi - YENİLƏNİB

2 Oktyabr 2024 17:11

17:11

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən azad edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında sərəncam imzalayıb. 

Xatırladaq ki, oktyabrın 1-də Q.Minasyan istefa ərizəsini təqdim edib. Bundan əvvəl isə Ermənistanın hakim "Vətəndaş müqaviləsi" fraksiyası Minasyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı imza toplanmasına başlayıb.

Ermənistan mediası yazır ki, Minasyanın 2022-ci ildə sözügedən vəzifəyə təyin edilməsi hakim partiyada fikir ayrılığına səbəb olub. Belə ki, Qriqor Minasyan ölkənin Vatikandakı keçmiş səfiri və Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.

----------------
2024.10.01


Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefaya yollanmaq barədə qərar verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Minasyan özü açıqlayıb.

"Bu gün istefaya göndərilməyimlə bağlı keçirilən imza toplanması prosesinə qoşulmaqla bağlı qərar verdim", - deyə erməni nazir qeyd edib. 

Qeyd edək ki, bundan əvvəl Ermənistanın hakim "Vətəndaş müqaviləsi" fraksiyası Minasyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı imza toplanmasına başlayıb. Partiya toplanan imzaları Baş nazir Nikol Paşinyana təqdim etməyi planlaşdırırdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun