Böyük Britaniya Livandan vətəndaşlarının evakuasiyasına başlayır

1 Oktyabr 2024 08:57

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi sabah Livandakı Britaniya vətəndaşlarının təxliyyəsinə başlanılacağını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Livandan təxliyyə ediləcək vətəndaşlar üçün bir sərnişin təyyarəsinin icarəyə götürüldüyü bildirilib.

Açıqlamada Britaniya vətəndaşlarının, onların həyat yoldaşlarının və 18 yaşından kiçik uşaqlarının təyyarəyə qəbul ediləcəyi, uçuşun sabah Beyrutdakı Rafik Həriri hava limanından həyata keçiriləcəyi bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun