İsrail ABŞ vasitəsilə İrana mesaj göndərdi: Məhv edəcəyik!

1 Oktyabr 2024 00:37

İsrail Vaşinqton vasitəsilə İrana mesaj göndərib ki, hər hansı hücum olacağı təqdirdə İran obyektləri məhv ediləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin "Kanal-14" televiziyasının Teleqram səhifəsində bildirilib.

Qeyd edək ki, az öncə İsrail ordusunun Livana daxil olduğu haqda məlumat və video yayılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun