ABŞ-dən bu ölkəyə yüzmilyonlarla dollarlıq DƏSTƏK

30 Sentyabr 2024 20:22

ABŞ Prezidenti Co Bayden Tayvana 567 milyon dollarlıq hərbi yardımın ayrılmasına dair göstəriş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir.

"ABŞ-nin Konstitusiyası və qanunları ilə mənə prezident kimi verilmiş səlahiyyətlə dövlət katibinə göstəriş verirəm ki, Pentaqonun müdafiə məhsulları və xidmətləri, Tayvana yardım göstərilməsi məqsədilə hərbi sahədə təlimlər və hazırlıq üçün 567 milyon dollara qədər vəsait ayrılsın", - deyə bəyanatda Co Baydenin sözləri qeyd edilib.

Xatırladaq ki, ötən il Vaşinqton Müdafiə Nazirliyinin xətti ilə Tayvana 345 milyon dollar ayırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun