"Mercedes-Benz" minlərlə "S-Class"ı geri çağırır

30 Sentyabr 2024 19:29

Almaniyanın "Mercedes-Benz" şirkəti V8 mühərriki ilə təchiz edilmiş "S-Class" modellərində yaranmış nasazlıqla əlaqədar maşınların geri çağırıldığını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İxbt.com portalına istinadən məlumat verib.

Qeyd olunur ki, söhbət 2021-2023-cü illərdə istehsal edilən "Mercedes S580" və "Mercedes-Maybach S580" modellərindən gedir. Ümumilikdə şirkətin 27 min avtomobilində nasazlıq aşkar edilib.

Məlumatda həmçinin bildirilir ki, hər iki avtomobil 4 litrlik V8 mühərrikindən istifadə edir və 496 at gücünə malikdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun