"Fənərbağça"nın keçmiş futbolçusuna silahlı hücuma görə 5 nəfər TUTULDU

30 Sentyabr 2024 19:16

Türkiyə millisinin və "Fənərbağça"nın sabiq futbolçusu Serhat Akına silahlı hücumda şübhəli bilinən altı nəfər saxlanılıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, silahlı hücumla bağlı saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb.

Hadisədə motosikleti idarə etdiyi iddia edilən O. M., tapançadan atəş açdığı iddia edilən Ö.D. M.A, İ.T, Y.G. və M.A. barəsində Beykoz məhkəməsi qərar çıxarıb.

Məhkəmə 6 şübhəlidən 5-i barəsində qəsdən adam öldürməyə cəhd ittihamı üzrə həbs qərarı verib.

Bir nəfər isə beynəlxalq səyahət qadağası və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, Serhat Akın ekspert kimi çıxış etdiyi proqramdan qayıdarkən silahlı hücuma məruz qalıb. O, ayağından yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun