Bakıda Dmitri Sitkovetskinin 70 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

30 Sentyabr 2024 17:26

Kamera və Orqan Musiqisi Zalının səhnəsində dirijor və violin ifaçısı Dmitri Sitkovetskinin 70 illiyinə həsr olunmuş konsert keçirilib.

Dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Bakı Kamera Orkestrinin müşayiəti ilə (bədii rəhbər SSRİ Xalq artisti Fərhad Bədəlbəyli) solist və dirijor -  Dmitri Sitkrovetski (violin), solistlər Boris Qarlitski (violin) və Yuliya Sitkovetski (soprano) öz ifalarını dinləyicilərə təqdim edib.

Proqramda İ.S.Bach iki violin üçün konsert d moll, 3 saylı ingilis süitasından Gavot və Musette g moll (2-ci hissə), B.Britten soprano və simlilər üçün "Les İlluminations" (op.18),  E.Dohnanyi "1 Mart" serenadası C dur (op.10, 2-ci hissə), J. Brahms simlilər üçün 2 saylı sekstet G dur (op.36), Adajio (3-cü hissə),  F.Mendelssohn-Bartholdy Kapriççio (4-cü hissə) səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az