165 nömrəli avtobus bu vəziyyətdədir - FOTO

30 Sentyabr 2024 14:05

Bakıda 165 nömrəli marşrutla bağlı redaksiyamıza şikayət daxil olub.

Milli.Az xəbər verir ki, sərnişinlər avtobusun çox köhnə olduğunu, reyslər arasında intervalın çoxluğundan şikayət ediblər.

165 nömrəli marşrut "Kaktus" restoranından Binəqədi şəhərciyə qədər hərəkət edir.

Qeyd edək ki, Binəqədi şosesi ilə hərəkət edən avtobuslar uzun müddətdir ki, yenilənmir.

Milli.Az