Səsvermə günü bütün proseslər şəffaf keçdi - Məzahir Pənahov

30 Sentyabr 2024 12:45

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçib. Səsvermə günü bütün proseslər şəffaf keçdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, seçkilərlə bağlı səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb.

M.Pənahov bildirib ki, Azərbaycanda seçkilər günü min məntəqədə vebkameralar vasitəsilə seçkilərin bütün dünyadan izlənilməsinə imkan yaradıldı.

"Seçkilər müasir dövrün tələblərinə uyğun keçirildi".

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib.

Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun