HƏMAS liderlərindən biri Livanda öldürüldü

30 Sentyabr 2024 10:21

Fələstinin HƏMAS hərəkatının Livandakı qərargah rəhbəri Fəth Şərif Abu əl-Amin İsrail ordusunun ölkənin cənubuna endirdiyi zərbələr nəticəsində həlak olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkat öz teleqram kanalında açıqlayıb. 

İddialara görə, zərbə səhər saatlarında Abu əl-Aminin evinə endirilib. Hadisə zamanı onunla birlikdə evdə olan həyat yoldaşı, oğlu və qızının da həlak olduğu qeyd olunub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun