“AzTV-nin qapısında ağladım...”

30 Sentyabr 2024 09:45

Əməkdar artist Dilarə Əliyeva illər əvvəl Azərbaycan Televiziyasında çalışmaq üçün müraciət etdiyini açıqlayıb.

Milli.Az bildirir ki, bu barədə sənətçi "Pərvizə görə" layihəsində danışıb. O bildirib ki, diktorluq üçün müəyyən sınaqlardan keçsə də, seçilə bilməyib:

"1998-ci ildə Dövlət televiziyası diktor elanı verdi. Haradasa 400 nəfərə yaxın namizəd gəlmişdi. Onların içindən iki qız, bir oğlan götürdülər. Orada mən də var idim. Çox sevdiyim Roza xanım Tağıyevanın mənim üçün ürəyi gedirdi. O qədər məni bəyənmişdi ki... Sabir Ələsgərov da var idi. Çox sevə-sevə məni qəbul etdilər. Üç ay orada məşqə getdim. Sonra məni çəkib göstərmişdilər. 

Sədr demişdi ki, "s" hərfinin tələffüzündə problem var. Ola bilər ki, problem var imiş. Bütün hallarda məni ora götürmədilər. Televiziyanın qapısında elə ağlayıram ki... Göz yaşlarım Ana Kür... Oqtay da məni sakitləşdirə bilmirdi. Mənim üçün faciə idi ki, o qədər gəldim-getdim. Vəziyyətim çox pisdir. Üstündən haradasa 3 ay keçdi, "Pıçhapıç" həyatıma gəldi. İlk efirdən sonra çölə çıxa bilmirdim. İnsanlar o qədər sevib, xoşlayırdılar ki... Nəticə çıxardım ki, nəsə alınmırsa, mütləq şəkildə "alınmadı" deyə düşünməyək. Bu, o deməkdir ki, Tanrı sizin üçün daha gözəl planlar qurur. Dövlət Televiziyasında mənə təklif olunan proqramda olsaydım, bugünkü potensialımı kəşf edə bilməyəcəkdim".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun