ABŞ lideri Co Bayden Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyini bildirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb.
"Ukrayna bu müharibədə qalib gələcək. ABŞ isə hər addımda onun yanında olmağa davam edəcək", - o qeyd edib.
Buna cavab olaraq Zelenski Baydenə, eləcə də Konqresdəki hər iki partiyaya və bütün amerikalılara Ukrayna və azadlığı dəstəkləməkdə göstərdikləri liderliyə görə təşəkkür edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun