İrandan İsrailin husilərə hücumuna reaksiya...

30 Sentyabr 2024 06:30

İran İsrail Hərbi Hava Qüvvələrinin üsyançı Husi hərəkatının Hudeyda şəhərindəki hədəflərinə zərbələr endirməsini BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti İsrailin təcavüzünə müqavimət göstərməyə çağırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat yayıb.

Qeyd edək ki, İsrailin Hudeyda limanında neft anbarlarına zərbəsi nəticəsində 4 nəfər ölüb, 29 nəfər yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun