Rusiyanın Rostov vilayətinin meşə təsərrüfatı ərazisində PUA-nın qəzaya uğramasından sonra baş verən yanğınla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Vasili Qolubev Teleqram kanalında deyib.
"Milyutinski rayonunda PUA-nın qəzaya uğraması nəticəsində yaranan meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir. Selivanovski qəsəbəsindəki meşə təsərrüfatının ərazisində saat 14:00-dan etibarən fövqəladə vəziyyət rejimi tətbiq edilib", - o bildirib.
Qolubev qeyd edib ki, yanğının söndürülməsinə 102 nəfər və 44 texnika cəlb olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun