Azərbaycanla yeni qarşıdurma Ermənistan üçün fəlakətlə nəticələnə bilər

29 Sentyabr 2024 20:56

Cozef Bayden administrasiyasının Ermənistanı Azərbaycanla yeni provokasiyaya cəlb etmək cəhdi Nikol Paşinyan hökumətinin məğlubiyyətinə və ABŞ-ın regiondan qovulmasına səbəb ola bilər.

Milli.Az-ın məlumatına görə, "The European Conservative" nəşrində qeyd edilir ki, Paşinyana ABŞ-ın dəstəyi ölkədə repressiyalar və böhran fonunda mübahisəli görünür.

2020-ci ildən bəri Ermənistan həm hərbi, həm də iqtisadi cəhətdən zəifləmişdir və Azərbaycanla yeni qarşıdurma humanitar fəlakətə səbəb ola bilər.

Paşinyanın Rusiyadan uzaqlaşma bəyanatlarına baxmayaraq, Ermənistan Moskva ilə əməkdaşlığını davam etdirir, sanksiyalardan yayınmaq üçün reeksportu artırır və Rusiyanın hərbi bazasını saxlayır. Bununla yanaşı, Paşinyan Rusiyanın Kazanda keçirilən BRİKS sammitində iştirakını bəyan edib.

Nəşr qeyd edir ki, hakim partiyanın reytinqi çox aşağıdır: 2024-cü ilin martında seçicilərin yalnız 13%-i Paşinyana etibar edib, 2023-cü ilin sentyabrında Yerevan meri seçkilərində isə onun partiyasının namizədi cəmi 8% səs toplayıb. Paşinyana qarşı etirazlar 2024-cü ilin may ayından etibarən davam edir, istefası tələb olunur, polis etirazçılara qarşı güc tətbiq edir.

Məqalə müəllifləri qeyd edir ki, ABŞ-ın Paşinyan hökumətini davamlı şəkildə dəstəkləməsi Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər və növbəti məğlubiyyət üçün zəmin hazırlaya bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun