İsrail ordusu Nəsrullahla birgə öldürülən Hizbullah liderlərinin adlarını açıqlayıb

29 Sentyabr 2024 20:07

İsrail ordusu sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Şeyx Həsən Nəsrullahla birgə 20-dən çox Hizbullah üzvünün öldürüldüyünü açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İsrail Ordusu aviazərbə zamanı aşağıdakı şəxslərin öldüyünü açıqlayıb:

Ali Karaki - Hizbullahın cənub cəbhəsinin komandiri;

İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi;

Samir Taufik Diab - Şeyx Həsən Nəsrullahın məsləhətçisi;

Abd al-Amir Məhəmməd Siblini - Hizbullahın qüvvələrinin formalaşdırılmasına məsul şəxs;

Ali Navaf Ayub - Hizbullahın atəş gücünə məsul şəxs:

İbrahim Huseyn Cazini və Samir Taufik Diab Şeyx Həsən Nəsrullaha ən yaxın şəxslər sırasında olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun