ABŞ Suriyada İŞİD mövqelərini vurdu: 37 ölü

29 Sentyabr 2024 18:08

ABŞ Suriyada terrorçu qruplaşmalara zərbələr endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində 37 nəfər öldürülüb.

Ölənlər arasında İŞİD terror qruplaşmasının bir neçə yüksək rütbəli komandiri də var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun