6 il fasilədən sonra podiuma qayıtdı - FOTOlar

29 Sentyabr 2024 22:34

Braziliyalı dünya şöhrətli supermodel Adriana Lima üçüncü dəfə ana olduqdan sonra arıqlayaraq öz işinin başına qayıdıb.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, 6 il fasilədən sonra model podiuma çıxıb. Paris Moda Həftəsində "Schiaparelli" markasının şousunda iştirak edən Limanın fotoları və görüntüləri sosial şəbəkələrə yayılıb. 

Limanın özü "People" dərgisinə verdiyi müsahibədə analıq məzuniyyətindən sonra podiuma qayıtmaqdan şad olduğunu etiraf edib.

Qeyd edək ki, 2022-ci ilin payızında supermodel Adriana Lima üçüncü övladını dünyaya gətirib. Hamiləlik və analıq Limanın görünüşünə ciddi təsir edib. Buna görə də uzun müddət ictimaiyyət Adriananı necə dəyişdiyini qınayaraq müzakirə etdi. 

Keçmiş "Victoria's Secret" mələyi hətta üç uşaq anası olduğunu xatırlamaq məcburiyyətində qaldı. Bir müddətdən sonra Limanın ətrafındakı söz-söhbət və hay-küy səngidi və Adriana, sakitlikdən istifadə edərək 180 dərəcə dəyişmiş görünüşü ilə əsl fırtına yaratdı. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun