Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun biznesi genişlənməyə davam edir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, portuqal ulduz Madriddəki otelinə işçi axtarır və vakansiya elan edib.
"Marca" vakansiyaların və vəd edilən maaşların ətraflı siyahısını paylaşıb.
"Ronaldoya məxsus "Pestana CR7" otelində iş təklifləri peyda olub. Müxtəlif vəzifələr üçün əməkdaşlar tələb olunur: xadimə, nəzarətçi, qapıçı, receptionist və kiçik ofisiant. Göstərilən işlərdə çalışmaq üçün namizədlərdən yüksək səviyyədə ingilis dili (B2 və ya C1) tələb olunur və bəzi hallarda orta və ya ali peşə təhsili də tələb olunur.
Menecer vəzifəsi üçün maaş ayda 2300 avro olacaq. Ofisiant vəzifəsi üçün - 1300 avro.
Müraciət edənlərə, müddətsiz müqavilə təklif olunur. Müqaviləyə restoranda qidalanma (yəni yemək pulu ödənilir), şirkət tərəfindən ödəniləcək tibbi sığorta, otel setlərindən birində qalmaq istəyənlər üçün güzəştli tarif, həmçinin bar və restoranlarda 25% endirim daxildir. Tətilə gəlincə, işçilərə ildə 30 gün məzuniyyət və əlavə 20 gün istirahət verilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun